02.09.2021

Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyə qəbul imtahanı keçirilib

Sentyabrın 2-də Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyə qəbul imtahanı keçirilib.

“İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil edilib.

İmtahanda 7-ci sinif üzrə 35 şagird , 8-ci sinif üzrə 16 şagird, 9-cu sinif üzrə 8 şagird, ümumilikdə 59 nəfər şagird iştirak edib.

İmtahanda Ağstafa rayon ümumtəhsil müəssisəsinin şagirdləri ilə bərabər digər rayon və şəhərlərdən də şagirdlər iştirak edib.

Qeyd edək ki, imtahan nəticələri sentyabrın 4-də bəlli olacaq və valideynlərə məlumat veriləcək.


Açar sözlər: ,  ,