15.09.2021

Ağstafa Rayon Təhsil Şöbəsinin ilk  Şura İclası keçirilib

Sentyabrın 15-də Ağstafa Rayon Təhsil Şöbəsinin ilk  Şura İclası keçirilib. Şura iclasında təhsil şöbəsinin əməkdaşları və məktəb direktorları iştirak edib. Şurada aşağıdakı məsələlər müzakirə edilib:

-Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli F-416 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsil müəssisələrinin müəllim-şagird heyətinin parttlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyyələr”in icrası əmrindən irəli gələn vəzifələr barədə;

-Rayonun ümumtəhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı məsələləri;

- Ağstafa Rayon Təhsil Şöbəsinin 2020-2021-ci dərs ilinə dair Fəaliyyət planının müzakirəsi və təsdiqi;

- Ağstafa Rayon Təhsil Şöbəsinin Şurasının yeni tərkibinin təsdiq olunması.

İclasın sonunda məktəb direktorlarının sualları cavablandırılıb və bir sıra göstərişlər verilib.