16.09.2021

Köhnəqışlaq məktəbinin birinci sinif şagirdləri məktəbli ləvazimatları ilə təmin edilib

Sentyabrın 15-də Ağstafa RTŞ-nin və Ağstafa Rayon Gənclər İdman İdarəsinin əməkdaşları Köhnəqışlaq kənd tam orta məktəbində olublar. Köhnəqışlaq kənd tam orta məktəbinin birinci sinif şagirdlərinə məktəbli ləvazimatları təqdim ediblər.

Qeyd edək ki, Köhnəqışlaq kəndi Ağstafa rayonun Ermənistanla sərhəddə yerləşən kəndidir.


Açar sözlər: ,