16.09.2021

"İmkanlar sənə doğru" adlı görüş təşkil edilib

Sentyabrın 16-da Gənclər İnkişaf və Karyera Mərkəzinin Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində Qıraq Kəsəmən kənd tam orta məktəbində, açıq havada "İmkanlar sənə doğru" adlı görüş təşkil edilib. Görüşdə Qıraq Kəsəmən, Poylu qəsəbə və Poylu kənd məktəblərinin 8, 9, 10 və 11-ci siniflərindən 100 nəfər şagird iştirak edib.

Tədbir şagirdlər tərəfindən çox sevinc və maraqla qarşılanıb. Maraqlı yarışlar və oyunlar təşkil edilib. Yarışın qalibləri hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, "İmkanlar sənə doğru" adlı səyyar görüş rayonun müxtəlif məktəblərində 16 gün davam edəcək.