13.10.2021

Kimya və biologiya müəllimləri ilə onlayn görüş keçirilib

Oktyabrın 13-də Ağstafa RTŞ-nin əməkdaşları ilə rayonun ümumtəhsil müəssisələrində çalışan kimya biologiya müəllimləri ilə onlayn görüş keçirilib. Görüşdə 2021-2022-ci tədris ilində dərsliklərdən istifadə, proqram materiallarının planlaşdırılması, məktəbdaxili qiymətləndirmənin aparılması, təhsil nazirinin F-450 və F-455 nömrəli əmrlərindən irəli gələn məsələlərin icrası ilə bağlı və digər cari məsələlər müzakirə edilib.

Metodkabinet müdiri İmran Nəsibov tərəfindən fənn müəllimlərini lazımi metodiki köməklik göstərilib. Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: ,  ,