11.10.2021

Gəncə terrorunun qurbanları yad edilib

Oktyabrın 11-də Ağstafa Rayon Təhsil Şöbəsinin  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Gəncə terrorunun qurbanları yad edilib.

Anım tədbirlərində hadisə nəticəsində həlak olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə törədilmiş terror aktı Xocalı soyqırımından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən yeni bir dəhşətli faciədir.

Ermənistanın mülki obyektlərə və yaşayış evlərinə raket hücumu Cenevrə Konvensiyasına və digər beynəlxalq sənədlərə zid olması vurğulanıb. Şagirdlərin ifasında Gəncə terroru ilə bağlı kompozisiyalar təqdim edilib.


Açar sözlər: ,