20.05.2022

Milli qiymətləndirmə ilə bağlı ümumtəhsil müəssisələrinin direktorları ilə görüş təşkil edilib

Mayın 19-da 4-cü siniflərdə keçiriləcək milli qiymətləndirmə ilə bağlı Ağstafa rayon ümumtəhsil müəssisələrinin direktorları ilə görüş təşkil edilib.

Görüşdə Ağstafa Təhsil Sektorunun əməkdaşları və 38 məktəb direktoru iştirak edib. Məktəb direktorlarına milli qiymətləndirilmənin keçirilməsi, nəzarətçilərin təşkil edilməsi qaydaları izah edilib. Həmçinin, direktorları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,