27.05.2022

Mina təhlükəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə sərhədyanı rayonlarda mina təhlükəsi ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirlər Ağstafa rayonu üzrə 2 məktəbdə Dağ Kəsəmən kənd 1 nömrəli və Ağstafa şəhər 3 nömrəli tam orta məktəblərində təşkil edilib.

Hər iki tədbirdə Təhsil Nazirliyinin, Ağstafa təhsil sektorunun, ANAMA-nın, Qızıl Aypara cəmiyyətinin əməkdaşları, rayon ictimaiyyətindən nümayəndələr, qazilər, müəllimlər iştirak ediblər. 100 nəfər yuxarı sinif şagirdinin iştirak etdiyi tədbirdə şagirdlərə mina təhlükəsi, partlayıcılar, onlarla davranış qaydaları ilə bağlı geniş məlumat verilib.


Açar sözlər: ,