01.06.2022

4-cü siniflərin milli qiymətləndirilməsi ilə bağlı iclas keçirilib

Mayın 31-də Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan rayonlarda aparılacaq 4-cü siniflərin milli qiymətləndirilməsi ilə bağlı iclas keçirilib.

İclasda Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, sektor müdirləri və milli qiymətləndirmə üzrə koordinatorlar iştirak ediblər.

İclasda milli qiymətləndirmə ilə bağlı bir sıra tapşırıqlar verilib.

Qeyd edək ki, milli qiymətləndirilmə iyun ayının 7-də 4-cü sinif şagirdləri arasında Təhsil Nazirliyi tərəfindən keçiriləcək.


Açar sözlər: ,