01.06.2022

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirlər keçirilib

Ağstafa rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirlər keçirilib.

Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 

Eyni zamanda tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,