Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil müəssisələrində 2021-2022-ci tədris ilinin ll yarımili üzrə summativ qiymətləndirmələr yekunlaşıb.
Summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.