Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu 2016- cı il dekabr ayında “Multikulturalizm ili”nə həsr olunmuş “Bir Günəşin zərrəsiyik” mövzusunda II Beynəlxalq şagird konfransı keçirəcək. Konfransda iştirak etmək istəyən məktəblilər noyabr ayının 20-dək məqalələrini Bilik Fonduna təqdim edə bilərlər. Məqalələr aşağıdakı bölmələr üzrə qəbul edilir;
- dil və ədəbiyyat
- coğrafiya
- tarix və etnoqrafiya
- mədəniyyət və incəsənət
Qeyd: Məqalələr 14 ölçülü Times New Roman şrifti ilə, sətirlərarası 1.5 intervalla yığılmalıdır. Məqalənin təqribi həcmi 3 səhifədən az olmamalıdır.
Ünvan: Bakı şəhəri, A.Gəraybəyli küç. 7
email: bilikfondu@gmail.com
Telefon: 012 561 71 41, 561 60 41